NATO-nun baş katibi Yens Stoltenberq alyansın Tayvanla bağlı mümkün münaqişədə iştirak etmə ehtimalını şərh edib. Elchi.az xəbər verir ki,
müvafiq sualı ona Vaşington Post qəzetinin jurnalistləri veriblər.
Stoltenberq alyansın Tayvanla bağlı mümkün münaqişədə iştirakını istisna edib və NATO-nun Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacağını vurğulayıb. Onun fikrincə, blok Asiyadan olan üzvlərlə birləşməyəcək və kollektiv təhlükəsizliyin təminatı iştirakçı ölkələrin ərazisini əhatə edir.
Qeyd edək ki, eyni zamanda, NATO-nun baş katibi Qərb üçün mümkün böhranla nəticələnəcək ciddi nəticələr barədə xəbərdarlıq edib.
Bundan əvvəl Tayvan hakimiyyəti ABŞ-la 500 milyon dollar dəyərində silah tədarükü ilə bağlı danışıqların aparıldığını təsdiqləyib. Bu açıqlama ilə yerli müdafiə departamentinin rəhbəri Qiu Quozheng çıxış edib.
Havar Şəfiyeva