“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala,məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün özmüstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin,şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir”.
Azərbaycan RespublikasınınPrezidenti
İlham Əliyev
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamıilə sentyabrın 20-i Azərbaycanın Dövlət Suverenliyi Günü kimi təsisedilib. Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun vəinstitusional davamlılığının əsasıdır. 1991-ci ildə müstəqilliyinibərpa edən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təminedilməsi uğrunda apardığı əzmkar milli mübarizənin və qazandığıZəfərin rəmzidir. 2025-ci ildə ilk dəfə qeyd edilən bu tarixi gündövlətimizin ən əlamətdar təqvimlərdən birinə çevrilməkdədir.
Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqildövlətini quraraq inkişaf etmək, dünya birliyində öz layiqli yerinitutmaq hər xalqa nəsib olmur. Çoxəsrlik tarixində qarşılaşdığı siyasi,iqtisadi, hərbi çətinliklərə, işğallara baxmayaraq, Azərbaycan xalqımüstəqillik, dövlətçilik arzusu və mübarizəsini əsrlər boyu davametdirib, heç bir qüvvə onun sarsılmaz əzmini sındıra bilməyib.
Ağır tarixi sınaqlardan keçərək öz dövlətçiliyini quran xalqımız ötənəsrin sonlarında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyəti ələkeçirmiş səriştəsiz və təsadüfi adamların yarıtmaz idarəçiliyinəticəsində az qala milli istiqlalını itirmək təhlükəsi iləqarşılaşmışdı. Xalqımızın xilaskarı, Ümummilli Lider HeydərƏliyevin belə bir taleyüklü çətin şəraitdə Naxçıvandan Bakıyaqayıdışı müstəqilliyimizin əbədi dönməzliyi təmin etdi.
Ulu Öndər müstəqilliyimizin möhkəmlənməsi və dövlətsuverenliyinin təmin edilməsi üçün bütün həyatını sərf etdi,beynəlxalq hüququn normalarını və BMT nizamnaməsinintələblərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərini işğaledən Ermənistanın təcavüzkar siyasətinə son qoyulması və ərazibütövlüyünün təmin olunması üçün yorulmadan çalışdı. Eynizamanda, güclü dövlət quraraq müasir və mütəşəkkil orduformalaşdırdı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirərəkdünya miqyasında etibarlı tərəfdaşlar qazandırdı. Onun yürütdüyüqətiyyətli xarici siyasət və mükəmməl diplomatiya kursu beynəlxalqtəşkilatlar və dünya ölkələri tərəfindən Azərbaycanın ərazibütövlüyü və suverenliyi birmənalı olaraq dəstəklənməsini təminetdi.
Heydər Əliyev müharibənin sülh yolu ilə həlli və BMTTəhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrininhəyata keçirilməsi üçün uzun və gərgin danışıqlar aparırdı, bununlayanaşı, sülh ümidlərinin tükəndiyi halda münaqişənin digərvasitələrlə nizamlanması üçün nümunəvi ordu quruculuğunu inkişafetdirirdi. O, bütün hallarda torpaqlarımızın erməni tapdağından azadolunacağına qəti şəkildə əmin idi. Ulu Öndərin ən böyük inamıyaratdığı güclü Ordu, xalqımızın sarsılmaz milli həmrəyliyi və özüqədər inandığı siyasi varisi olan İlham Əliyevin taleyüklü məsələləritamamlaya biləcək mükəmməl bir sərkərdə kimi yetişməsi idi.
Prezident İlham Əliyev ali vəzifəsində ən böyük missiyası olan ərazibütövlüyünün bərpa olunması üçün Ermənistan və havadarları ilədüz 17 il mübarizə apardı və heç vaxt qətiyyətli mövqeyindən geriçəkilmədi.
2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələrinmünaqişənin həllində maraqlı olmaması, sülh təkliflərini rədd etməsivə yeni ərazi iddialarına dair bəyanatlar səsləndirməsi, ardında isəhərbi təxribatlar törətməsi Azərbaycanın öz legitim hüququndanistifadə edərək işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü təmin edən Azərbaycan 30 illik işğalfaktını aradan qaldıra bilməyən BMT Təhlükəsizlik Şurasınınqətnamələrini təkbaşına yerinə yetirdi və ədaləti bərpa etdi.
44 günlük Vətən müharibəsi zamanı siyasi və döyüş meydanında aldığı ağır məğlubiyyətə baxmayaraq, Ermənistan Qarabağın kiçik bir hissəsində hələ də qalan terrorçu rejimə və qeyri-qanuni silahlıbirləşmələrə dəstəyini davam etdirir, üzərinə götürdüyü öhdəlikləriyerinə yetirmir, hətta yeni təxribatlara əl atır, mütəmadi olaraqatəşkəsi pozur, bölgədə təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.
Belə bir şəraitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrisuveren ərazilərində sabitliyi və sülhü təmin etmək məqsədilə 2023-cü il sentyabrın 19-da başlatdığı anti-terror əməliyyatı ilə bütünvəzifələri 23 saat ərzində yüksək peşəkarlıqla yerinə yetirdi vəseparatizmin kökünü birdəfəlik kəsdi.
Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası iləbaşlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü vəsuverenliyin, Konstitusiya quruluşu və coğrafi-inzibati vahidliyitamamlandı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixliSərəncamı ilə “Dövlət Suverenliyi Günü”nün təsis edilməsimüstəqillik mübarizəsinin simvolu olaraq müasir tariximizə yazıldı.
Ramid Namazov
Milli Məclisin deputatı



















