Soyqırım İsraili “Madlin” fəallarını deportasiya edir

Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisinə müdaxilə etdikdən sonra soyqırımı törədən İsrail tərəfindən əsir götürülən yardım könüllüləri deportasiya olunmaq üçün Ben Qurion hava limanına gəlib.
Elchi.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada Madleen gəmisinin sərnişinlərinin deportasiya edilmək üçün Ben Qurion hava limanına gəldiyi bildirilib.
Sərnişinlərdən bəzilərinin yaxın saatlarda İsraili tərk etməsinin gözlənildiyi, deportasiya sənədlərini imzalamaqdan imtina edərək İsraili tərk edənlərin məhkəmə qarşısına çıxarılacağı qeyd edilib.
Şayəstə Hüseynova