Həddindən artıq istilərdən təsirlənən Avropa yanğın həyəcanı təbili çalır

🗓 01.07.2025 18:17 ✍️ "Elçi" qəzeti
Həddindən artıq istilərdən təsirlənən Avropa yanğın həyəcanı təbili çalır

Xüsusilə Avropanın həddindən artıq istilərin təsirli olduğu cənub bölgəsindəki ölkələr meşə yanğınları riskinə qarşı tədbir görərkən, qitədə meşə ərazilərinə giriş qadağaları və yanğınlara qarşı xəbərdarlıqlar edilir.
Elchi.az xəbər verir ki, Xüsusilə Avropanın cənubunda yerləşən İtaliya, Yunanıstan, Fransa, İspaniya və Portuqaliya kimi ölkələr həssas bölgələri müəyyən edib və bu ərazilərdə həyəcan təbili çalıb.
Meşələrə giriş qadağası, yanğın və manqal qadağası kimi təcrübələri həyata keçirən Avropa ölkələrində səlahiyyətli qurumlar yanğın təhlükəsi olan ərazilərdə yüksək səviyyəli həyəcan siqnalları verərək, mümkün yanğınlara müdaxilə etməyə hazırlaşır.
İtaliya
Aralıq dənizi ölkələrindən olan İtaliyada həddindən artıq istilər ciddi şəkildə təsirini göstərməyə başlayarkən, yanğın təhlükəsi səbəbiylə xüsusilə cənub bölgələrində həyəcanlı vəziyyət elan edilib.
Həddindən artıq istilərin təsiri ilə kolluq və meşəlik ərazilərdə yanğınların baş verə biləcəyi xəbərdarlığı ilə bir çox rayonlarda yanğınlar, manqallar və bitki tullantılarının yandırılması qadağan edilib, ölkənin bütün cənub-şərq bölgəsində isə “ciddi təhlükə” elan edilib.
Digər tərəfdən, ötən həftə sonu ölkə daxilində hava istiliyinin 36-42 dərəcə ətrafında olması İtaliya Səhiyyə Nazirliyinin həddindən artıq istidən təsirlənən bəzi şəhərləri “qırmızı” statuslu ən yüksək risk qrupuna salmasına və yerli əhalini istidən qorunmağa çağırmasına səbəb olub.
Fransa
Fransanın Meteorologiya Agentliyi Meteo France, Loiret və Loir-et-Cher daxil olmaqla cəmi 18 əyalətin meşələrdə yanğın təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.
Yanğın riskinin orta səviyyədə olduğu Loire-Atlantique və Vendee əyalətlərində vətəndaşlara ehtiyat tədbiri olaraq yerli vaxtla 12:00-00:00 arasında meşə ərazilərində gəzmək qadağan edilib.
Ötən gün Luara-Atlantik əyalətinin Guerande şəhərində 5 hektarlıq buğda sahəsi bütün ölkəni əhatə edən həddindən artıq isti hava səbəbindən yanıb.
Almaniya
Almaniyanın bəzi bölgələrində havanın temperaturunun 39 dərəcəyə yüksələcəyi, bəzən isə 40 dərəcəni keçəcəyi açıqlanıb. Açıqlamada o da bildirilib ki, iki gün davam edəcəyi gözlənilən qızmar istidən sonra şimşək çaxacağı, kəskin hava şəraitinin olacağı gözlənilir.

Şayəstə Hüseynova

Bənzər yazılar