Yusif Xəlilov azadlığa buraxıldı

🗓 01.07.2025 22:10 ✍️ "Elçi" qəzeti
Yusif Xəlilov azadlığa buraxıldı

Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.

Elchi.az xəbər verir ki, bu barədə Oxu.Az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.

"Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur", - deyə o məlumat verib.

 

Bənzər yazılar