Qohum evliliyi son bir ildə 2 dəfə artdı

🗓 01.07.2025 18:42 ✍️ "Elçi" qəzeti
Qohum evliliyi son bir ildə 2 dəfə artdı

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.

Bu barədə Elchi.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Xatıraladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Bənzər yazılar