Almaniyanın Şengen bəyanatı

Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Aİ Şengen zonasını qorumaq istəyir.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz quru sərhədlərinə nəzarətin artırılması planları ilə bağlı açıqlama verib. Lüksemburqun Baş naziri Luc Frieden ilə keçirdiyi mətbuat konfransında danışan Merz, "Avropa Birliyi (AB) olaraq biz Şengen zonasını qorumaq istəyirik, lakin Şengen bölgəsində sərbəst hərəkət yalnız qeyri-qanuni miqrasiyanı təşviq edənlər və xüsusilə miqrant qaçaqmalçıları tərəfindən sui-istifadə edilmədiyi təqdirdə uzunmüddətli perspektivdə işləyəcək" deyib.
Şayəstə Hüseynova