ABŞ və Yaponiya arasında "düyü" böhranı!

ABŞ prezidenti Donald Tramp Yaponiyanı düyü qıtlığına baxmayaraq, onlardan düyü almadığı üçün rüsumlar tətbiq etməklə hədələyib.
Elchi.az xəbər verir ki, bu barədə Tramp “Truth” sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
Yaponiyaya böyük hörmət bəslədiyini qeyd edən Tramp, "Bizim düyülərimizi almırlar, buna baxmayaraq ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik və uzun illər ticarət tərəfdaşı olmaqdan xoşbəxt olacağıq" - deyib.
Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini və yaxın 1-2 həftə ərzində bu ölkələrə ABŞ-la iş görmək üçün ödəməli olacaqları tarif dərəcələri barədə məktublar göndərəcəklərini bildirmişdi.
Mən hamıya məktub göndərmək istərdim ki, “Təbrik edirəm, siz 20, 25, 40, 50 faiz tarifi ödəyirsiniz”, - Tramp bildirib.
Nuranə Məmmədova