ABŞ-da təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

ABŞ-ın Ohayo ştatında kiçik təyyarənin havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Elchi.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının verdiyi açıqlamaya görə, "Cessna 441" tipli təyyarə Youngstown-Warren hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarədə olan 6 nəfərin hamısı qəzada həyatını itirib.
Ölənlərin adları açıqlanmasa da, qəza ilə bağlı araşdırmalara başlanılıb.
Səlahiyyətlilər təyyarənin qəzaya uğradığı nöqtənin yaxınlığında üç evin olduğunu bildirərək, təyyarənin yaşayış məntəqəsinə dəymədiyi üçün daha böyük faciənin qarşısının alındığını qeyd ediblər.
Nuranə Məmmədova