İsrail Qəzzada daha bir jurnalisti öldürdü!

İsrailin Qəzzaya hücumlarında daha bir jurnalistin ölümü ilə 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayı 228-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisi fotojurnalist İsmayıl Əbu Xəttabın İsrail ordusunun Qəzzaya hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.
Əbu Hattabın Qəzzada baş verənləri dünyaya çatdırmaq üçün müxtəlif ölkələrdə foto sərgiləri təşkil etdiyi diqqətə çatdırılıb.
Fotojurnalist Əbu Hattabın ölümü ilə İsrailin Qəzzada soyqırımına başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən jurnalistlərin sayının 228-ə yüksəldiyi bildirilir.
Fələstinli jurnalist Əbu Xəttab 2023-cü ilin noyabrında İsrailin Qəzzada bir binaya hücumu nəticəsində yaralanıb.
Nuranə Məmmədova