ABŞ-da yanğınsöndürənlər snayperlərin hücumuna məruz qalıb

🗓 30.06.2025 12:29 ✍️ "Elçi" qəzeti
ABŞ-da yanğınsöndürənlər snayperlərin hücumuna məruz qalıb

ABŞ-ın Aydaho ştatında meşə yanğınına müdaxilə edən yanğınsöndürənlərə atəş açılıb. Snayperlərin hücumu nəticəsində iki yanğınsöndürən həlak olub, biri ağır yaralanıb.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər yanğının xüsusi olaraq yanğınsöndürənləri hədəf almaq üçün qoyulduğunu düşünür. Kootenai dairəsi şerifi hücumun “qəsdən pusqu” olduğunu bildirib.
Hücum edən şəxs hadisə yerinə yaxın meşəlik ərazidə silahı yanında meyiti tapılıb. Ərazidə yanğın hələ də nəzarət altına alınır.
FTB hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şayəstə Hüseynova

Bənzər yazılar