Qəzzada ölənlərin sayı 56 531 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 28 nəfər artaraq 56 min 531 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən Qəzzada edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Qəzzadakı xəstəxanalarda son 24 saatda 28 nəfərin öldüyü, 223 nəfərin yaralandığı bildirilib.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 6203 fələstinlinin həyatını itirdiyi, 21601 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 56 min 531 nəfərə, yaralı sayının isə 133 min 642 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nuranə Məmmədova