Suriya İsraillə sülh sazişi imzalayacaq

Suriya yaxın aylarda İsraillə sülh sazişləri imzalaya bilər.
Elchi.az bu barədə "Reuters"ə- istinadən xəbər verir.
Məqalədə deyilir: “Suriya keçid prezidenti Əhməd Əl-Şaraa tərəfindən İsraillə sülh sazişinin imzalanması artıq faktiki olaraq həll edilmiş məsələdir – bu, sadəcə həftələr və ya aylar məsələsidir”.
Mənbənin qeyd etdiyi kimi, bu fonda Livan Beyrutu oxşar addım atmağa – Suriya ilə eyni vaxtda və ya tezliklə İsraillə sülh imzalamağa razı salmaq üçün artan təzyiq altındadır.
Mənbələrin bildirdiyinə görə, ABŞ-a hər iki razılaşmaya nail olmaq üçün 2025-ci ilin əvvəlinə qədər vaxt müəyyən edilib, ona görə də Livana təzyiqlərin artacağını istisna etmək olmaz.
Yeganə