"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Elchi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "KamAZ" markalı 10-SN-974 dövlət nömrəli yük maşını VAZ-2107 markalı minik maşını ilə toqquşub.
Zərbənin təsirindən VAZ-ın sürücüsü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.