Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapıldı

🗓 28.06.2025 18:55 ✍️ "Elçi" qəzeti
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapıldı

Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.

Elchi.az Report-a istinadən xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, hadisə iyunun 26-sı baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya kollektoruna düşüb.

Bənzər yazılar