Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

🗓 30.06.2025 17:50 ✍️ "Elçi" qəzeti
Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfirin nazirliyə çağırılmasına səbəb kimi Rusiya jurnalistlərinin saxlanılması göstərilib.
Qeyd edək ki, “Sputnik Azərbaycan”ın ofisində keçirilən əməliyyat nəticəsində FTX-nin iki əməkdaşı saxlanılıb.

 

Bənzər yazılar