Magistr olmaq istəyənlərin ixtisas seçiminin vaxtı...

İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 - 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, iştirakçılar ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin ("Magistr" jurnalının üçüncü sayında, 2025-ci il) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində "Magistr" jurnalının dördüncü sayında dərc olunacaq.