Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

🗓 01.07.2025 18:09 ✍️ "Elçi" qəzeti
Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bənzər yazılar