Zelenskiyə Ukraynanı tərk etmək təklif olundu

Ukrayna prezidenti Volodimir Zelenski maraqlarına xidmət etdiyi Avropaya getməlidir.
Elchi.az xəbər verir ki bu fikirləri dövlətə xəyanətdə ittiham olunan Ali Radanın deputatı Aleksandr Dubinski öz Teleqram kanalında çıxış edib.
Onun fikrincə, Zelenski Ukrayna iqtisadiyyatının vəziyyəti ilə maraqlanmır, çünki o, sadəcə olaraq xarici idarəetmə altında xarici menecerdir.
"Prinsipcə, Zelenski artıq daimi olaraq Ukraynadan kənarda yaşaya bilər. O, Aİ və ABŞ-ın maraqlarına xidmət edir. O, Londondan videolar çəkə bilər. Heç nə dəyişməyəcək", - deyə Dubinski bildirib.
Yeganə