"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sosial Müdafiə Nazirliyindən Mehriban xanıma şikayət – Açıq məktub

04 Aprel 2018 - 14:03
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti

Bunu da oxuyun

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

cənab İlham Əliyevə

 

Azərbaycan Respublikasının

Birinci Vitse-Prezidenti

Mehriban xanım Əliyevə

 

 

Açıq Məktub

 

 

Cənab Prezident və hörmətli Mehriban xanım,

 

 

Qarşıdan 11 aprel 2018-ci ilə təyin olunan növbədənkənar prezident seçkiləri gəlir. Heç şübhəsiz ki, xalqımız həmişə olduğu kimi Sizə səs verəcək. Biz əminik bu seçim Dövlətimizin inkişafına və xalqımızın rifahının yaxşılaşmasına rəvac verəcək. Ancaq dövlət qurumlarında vəzifə tutmağa nail olmuş bəzi müxalif yönümlü insanlar dövlətin və xalqın əleyhinə əməli işlər görürlər. Bu insanlardan biri də, Azərbaycan Respublikasın  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat Rəhbəri Əjdər Cəbiyevdir. O,ictimaiyyət arasında kasıb xalqın qarabasanına çevrilən bir korrupsioner məmur obrazıformalaşdırıb. Bu müraciəti etməyimin əsas səbəbi qədirbilən xalqıma olan sevgimdən,  dövlətimə olan məhəbbətimdən və Sizə olan rəğbətimdəndir.Siz dəfələrlə demisiniz ki, ölkədə olan neqativ hallar və məmur özbaşınalıqları barədə Sizə siqnallar verək. Mən Sizin bu sözünüzdə ki, səmimiyyətə inanıram və elə buna görə də, Əjdər Cəbiyevin kirli və cinayətkar fəaliyyətləri barədə Sizi məlumatlandırmaq istəyirəm. Ölkənin pensiyaçıları və aztəminatlı vətəndaşları2000-ci illərdən bu yana Səlim Müslümovun bağışlanmaz günahının əziyyətini çəkir.

Mən Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov haqqında qarayaxma məlumatlar yazmaq istəmirəm. Həmin təyinat Sizə məxsusdur və biz nazir S.Müslümovun Sizə olan sədaqətinə şübhə etmirik. Hətta onun dövlət sosial müdafiə sisteminin modernləşdirməsi və nazirlikdə şəffaflıq mühitinin yaradılması cəhdlərini alqışlayırıq. Lakin,onun Əjdər Cəbiyev adlı günahı Prezidentə, dövlətə və xalqa xəyanətdir. Onun uzun illər əvvəl Ə.Cəbiyevi vəzifəyə gətirməsi bəlkə də, həyatının ən bağışlanmaz səhvidir.

Əjdər Cəbiyev 10 illik boyu ola bilsin ki, Səlim Müslümova müəyyən ölçüdə pul qazandırıb. Lakin, onun bütün fəaliyyətlərini xalqın və dövlətin gözündən salır. Cəmiyyət içində nüfuzuna xələl gətirir və onu əhali arasında korrupsioner nazir kimi tanınmasına səbəb olur. Bu Səlim Müslümovun öz səhvidir və heç şübhəsiz ki, bu əməlləri ilə bir gün Sizin qəzəbinizə gələcək. Ancaq bir yarıtmaz və qeyri-səmimi insana görə Sizin etimadınızı qazananbir nazirin belə səhvə yol verməsi və həmin səhvini inadkarlıqla davam etdirməsi çox gülməlidir. Əjdər Cəbiyev ola bilsin ki,rüşvətxorluq və korrupsiyasahələrində əjdər ola. Ancaq o, heç vaxt dövlətinə və dövlətçiliyə sədaqətli bir məmur və əjdər ürəkli bir vətəndaş olmayacaq. O, Səlim Müslümovun səhvindən vəxalqın boğazına sardığı bəladan başqa heç bir şey deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün kirli işlərinin arxasından Əjdər Cəbiyev çıxır. O, korrupsioner kadr siyasəti aparmaqla nazirlikdə rüşvəti dərinləşdirir, xalqın qanınını öz qaniçənlərinə zəli kimi əmdirir və xalqın dövlətinə olan inamını sarsıdır.

Bizim xalq qədirbilən xalqdır. Biz Sizi sevirik! Bilirik ki, Sizdə xalqınızı sevirsiniz. Mən hesab edirəm ki, Əjdər Cəbiyevin aztəminatlı əhalinin qanını əmməsinə biganə qalınmasıSizin xalq arasında olan bu sevgiyə xəyanətdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir neçə dəfə Əjdər Cəbiyev və onun yaxın qohumların rüşvətxorluğu və korrupsiya faktları barədə araşdırma aparıb. Lakin, onlarında tamahı Sizə olan məhəbbətdən güclü olub. Onlar da, Sizə xəyanət edəni bağışlayıb və kasıb xalqa zülm edənə dəsdək olublar.

Əjdər Cəbiyevin qardaşı Şahalı Cəbiyevin DSMF-nin Suraxanı rayon şöbəsindəki maliyyə cinayətləri, korrupsioner fəaliyyəti hal-hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. Faktlar görməməzlikdən gəlinir və sübutlar gizlədilir. Tam bir biganəlik səlnaməsi yazılır.  2015-ci ildə Əjdər Cəbiyevin əlillik sərgüzəştləri həmin idarə tərəfindən aşkarlanmışdı. Lakin, yenə tamah güc gəldi və məsələ ört basdır edildi. Həmin il aprelin 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 30 saylı TSEK sədri Xoşbəx Ağayeva həbs edilmişdi. Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunan X.Ağayeva aldığı rüşvətlə özünü və onun nazirlikdəki adamı Əjdər Cəbiyevi xoşbəxt edirdi. Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülmüşdü. TSEK-nin rəhbərinin evindən isə Əjdərin olası 230 min manat rüşvət pulları ələ keçdi. Lakin, həmin pullar Əjdərin olası olmadı. Amma Prokurorluq orqanlarında günahını yumağa və məsələni ört basdır etməyə kifayət etdi.

Uzun illərdirSəlim Müslümova nəzarət edənlərin qoynunda mürgüləyən Əjdər Cəbiyevə vəzifə verənlər və onun cinayət əməllərini ört basdır edənlər bilməlidirlər ki, onlar bu əməlləri ilə Prezidentə və xalqa xəyanət edirlər.

Bu gün sinəsində Heydər Əliyev imzası daşıyan Heydər Əliyev imzası daşıyan Əjdər Cəbiyevin sinənin altında müxalifətçi ürəyinin döyündüyünü onu yaxından tanıyanlar yaxşı bilir.

Prezidentimiz bu günlərdə sosial sahəyə 15 milyon manat vəsait ayırdı. Nazir Səlim Müslümovun sevinclə xalqı müjdələdiyi bu məlumat xalqdan daha çox Əjdər Cəbiyevi və onun əli xalqın cibindən çıxmayan rüşvətxor komandasını sevindirir. Onlar həsrətlə talana başlayacaqları zamanı gözləyirlər.

Necə olur ki, bir ölkə də, Prezident xalqı incidən məmurları işdən azad edir, Səlim Müslümov isə xalqın qorxulu yuxusuna çevrilən Əjdər Olun əlində oyuncaq olur? Necə olur ki, Akif Çovdarov həbs olunur, Əjdər Cəbiyev ondan daha qatı cinayətkar olduğu halda azad şəkildə azadlıq radisosunda şeirlər oxuyur? Necə olur ki, Mehriban xanım Əliyeva əlilin, yetimin,kimsəsizin  və şəhid ailələrinin üzündən öpür və həmin üzə Əjdər Cəbiyev tüpürür? Necə olur?…

 

Mən Azərbaycan Respublikasının Baş Prokurorundan və nazir Səlim Müslümovdan xahiş edirəm ki, Əjdər Cəbiyevin fəaliyyəti aşağıda qeyd olunan istiqamətlər üzrə yoxlanılsın və onun əməlinə hüquqi qiymət verilsin.

 

  1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin qurduğu elektron informasiya sistemlərində müvafiq araşdırmalar aparılsın. Həmin şöbə Əjdər Cəbiyevin rəhbərliyi altında fəaliyyət göstərir və sistemə onun təlimatına uyğun olaraq kütləvi qanunsuz müdaxilələr edilir. Həm ünvanlı dövlət sosial yardımının təyin olunmasında, həm əlilliyin müəyyən olunmasında, həm də pensiyaların təyin olunmasında kütləvi saxtalaşdırmalar və maliyyə maxinasiyaları mövcuddur.

 

  1. Kadrların işə qəbulu və vəzifəyə təyin olunması məsələləri araşdırılsın. Məlum olacaq ki, bu sahə Əjdər Cəbiyev və onun yaxın adamı kadrlar şöbəsinin müdiri Qurbanəli Əsədovun nəzarətindədiir. Hazırda 1000-dən artıq şəxs nazirlik sistemində qanunsuz yollarla işə cəlb olunur. Dövlət İmtahan Mərkəzinin məlumatı olmadan müqavilə ilə işə qəbul olunan həmin şəxslərin əksəriyyəti Əjdər Cəbiyevin kadrlarıdı. Bu sahədə şıdırğı alver gedir. Bununla Əjdər Cəbiyev həm pul qazanır, həm də öz adamlarını nazirlikdə müxtəlif sahələrə yerləşdirməklə nəzarəti öz əlində saxlayır. Nazir Səlim Müslümov çıxıb etiraf etməlidir ki, hakimiyyət dairələrində Əjdər Cəbiyev özünə daha çox dəstək tapa bilib. O, nazirliyi öz nəzarətində saxlaya bilmir. O nazirli yox ona nəzarətçi qoyulanlar onu idarə edir.

 

  1. Səlim Müslümov xalq arasında savadlı, sahəsini yaxşı bilən, şəffaf işləyən, korrupsiyaya bulaşmayan, rüşvəti aradan qaldırmaq istəyən bir nazir obrazı yaradıb. Lakin, Əjdər Cəbiyevi xalqın boğazına qarayara etməklə bu obraza ya bilərəkdən, ya da bilməyərəkdən xələl gətirir. Nazirlikdə bütün işləri Əjdər Cəbiyevə tapşırıb. O, isə bütün işləri dolaşığa salır. Nazirlə müavinləri və xidmət rəhbərləri arasında uçurum yaradan aparat rəhbəri nazirlikdə at oynadır. Bütün bu özbaşınalıqlara isə heç kim dur demir.

 

  1. Əksər rayonlarda DSMF-nın yerli şöbələri və rayon-şəhər Məşğulluq Mərkəzləri Əjdər Cəbiyevin nəzarətindədir. Nazirliyin yerlərdə fəaliyyətini Əjdər Cəbiyev təşkil edir və demək olar ki, rüşvətxorluq baş alıb gedir. Kasıb və aztəminatlı əhaliyə çatası pulları Əjdər Cəbiyevə çatır. Onun əli uzun kadrları kasıba verilən yardımları çəkib əllərindən alır.

 

 

  1. DSMF-nin Beyləqan rayon şöbəsində hökm sürən özbaşınalıqlar barədə elektron informasiya sistemlərində faktlarla və sübutlarla əsaslandırılan yazılar yayımlanır. Lakin, yenə də, Əjdər Cəbiyev öz kadrını qorumağa davam edir. Nazir Səlim Müslümov isə Əjdərin şeirlərindən feyziyab olub onun kadrlarına gözün üstə qaşın var demir.

 

  1. Gülnarə Salahovanın Yardımlıdan Bakıya uzanan qanunsuz direktorluq transferinin də, arxasında Əjdər Cəbiyevin məlahətli səsi və avazı var. Araşdırıma aparılacağı təqdirdə çoxsaylı qanunsuzluqlar aşkarlanacaq və həmin xanımın Əjdər Cəbiyevin çırmaqlayan pəncəsi olması və vətəndaşların üzünü çıraraq pullarını əlindən alması faktı öz təsdiqini tapacaq. Mətbuatda bununla əlaqədar çoxsaylı yazlar yazılıb. Bununda araşdırılmasında fayda var.

 

  1. Nazir Səlim Müslümovun Göygöl rayonunda vətəndaşları qəbulu zamanı yarıtmaz fəaliyyətinə görə tənqidetdiyi Malik Şükürovda Əjdər Cəbiyevin yarıtmaz batalyonunun əsgərlərindəndir. O, atasının Kəlbəcərdən gətirdiyi qoyun-quzunu satıb Əjdər Cəbiyevə verməklə hər gün bir rayona təyinat alır. Bu dəyişmənin səbəbi Malik Şükürovu rayon icra başçıları müdir kimi qəbul etmrlər. Əjdər Cəbiyev isə Malik Şükürovun müdir olmasını Səlim Müslümova hansısa yollarla həzm etdirir. Qeyd edim ki, Ə.Cəbiyev 1975-1979-cu illərdə H.Zərdabi adına Gəncə Pedoqoji İnstitutunda təhsil alıb. Buna görə də, həmin regionla yaxın əlaqələri var. Gəncə, Goranboy, Göygöl, Naftalan, Samux, Yevlax, Daşkəsən rayonlarına təyin olunan işçilərin əskəriyyəti Əjdər Cəbiyevin kadrlarıdır. Hərçənt ki, Gəncənin Meri Elmar Vəliyev öz nəzarətində olan rayonlarda Əjdər Cəbiyevin öz quldur dəstəsini yerləşdirməsinə və talançılıq etməsinə imkan vemir.Bir çox halda öz kadrlarını yerləşdirməyə müvəssəl olub.Buna baxmayaraq istisnalar xaricində həmin regionda Əjdər Cəbiyevin quldur qvardiyası iş başındadır.

 

  1. Xüsusi ilə Əjdər Cəbiyevin qardaşının rəhbərlik etdiyi DSMF-nin Suraxanı şöbəsində faktlar və sübutlar gizlədilməsə nazirlik sistemində Əjdər Cəbiyevin qanunsuz əməlləri ifşa olunacaq. Buna görə də, həm nazirliyin Elektron informasiya sistemləri yoxlanılmalı və paralel olaraq da, rayon və şəhər DSMF-lərində araşdırma aparılmalıdır. Xüsusi ilə məhkəmələrin qanunsuz qərardadları ilə DSMF büdcəsi talan olunur. Pensiya hüququ olmayanlara pensiya verilir və buna hüququ olanlar isə pensiya ala bilmir.

 

  1. Əjdər Cəbiyevin staj ticarəti ona və adamlarına milyonlar qazandırır. Belə ki, Fərdi Uçot Sistemində ölən və bölgüsü aparılmayan Məcburi Dövlət Sosial Siğorta gəlirləri hesabına xüsusi ilə əlilliyə görə əmək pensiyasına çıxarılan şəxslərə pensiya kapitalı yaradılır. Bu yolla DSMF büdcəsi talan olunur. Nazirliyin informasiya texnalogiyaları şöbəsi Əjdər Cəbiyevin korrupsiya faktlarını elektron məkanda əsası olmadan leqallaşdırır.

 

Hörmətli Prezidentimiz və dəyərli Mehriban xanım bu müraciəti açıq məktub olaraq həm Sizə, həm də yuxarı dövlət orqanların rəhbərlərinə ünvanlayıram. məktubla və elektron müraciət etməklə, Mətbuat və Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə müraciətimi diqqətinizə çatdıracağıma ümid edirəm. Güman edirəm ki, bu müraciətimi Sizinlə bərabər oxuyub tanış olan hər kəs öz üstünə düşəni edəcək. Sadəcə google.az internet axtarış sisteminə Əjdər Cəbiyev yazdıqda o qədər kirli əməllərə şahid olunur ki, bu qədər neqativ hallar barədə siqnallar sizə necə çatdırılmır təəccüb doğurur. Ancaq, bir dənə də olsun onun bu əməllərinə hüququ qiymət verilməsi barədə məlumat tapılmır.

 

Hörmətlə                                                                                     Azər Hacıyev

Previous Post

Sosial Müdafiə Nazirliyindən Mehriban xanıma şikayət – Açıq məktub

Next Post

Növbəti 3-4 gün üçün hava proqnozu açıqlanıb

Bənzər yazılar

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11

Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə...

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Next Post
Növbəti 3-4 gün üçün hava proqnozu açıqlanıb

Növbəti 3-4 gün üçün hava proqnozu açıqlanıb

Növbəti 3-4 gün üçün hava proqnozu açıqlanıb

Növbəti 3-4 gün üçün hava proqnozu açıqlanıb

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.