"Rusiyanı söyənlər millətin yod ehtiyacını niyə bu ölkənin ixtiyarına buraxırlar?..."

🗓 18.10.2022 20:34 ✍️ "Elçi" qəzeti
"Rusiyanı söyənlər millətin yod ehtiyacını niyə bu ölkənin ixtiyarına buraxırlar?..."

"Apteklərdə yod qıtlığı yaranmasıyla bağlı bir neçə gün əvvəl burada oxumuşdum. Dostlardan kimsə yazmışdı. Sonra yenə haradansa eşitdim. Amma ciddiyə almadım.
Bu gün evdə yod qurtardı və aptekdən soruşanda əczaçı xanım təəssüflə başını buladı. Bazada yoxdur…
Deyirlər, guya camaat alıb qurtarıb. Guya nüvə silahı atılarsa, radiasiyadan qoruyacaqmış. Hə, qoruyacaq. Kovid vaksinləri, maska necə qorudusa, yod da elə qoruyacaq…".

Elchi.az xəbər verir ki, bu sözləri yazıçı-tərcüməçi Nadir Qocabəyli FB hesabında qeyd edib:

"Yod orqanizm üçün faydalıdır, amma daha o dərəcədə yox ki, radiasiyadan qorusun.
Amma mən yodu apteklərdən camaatın alıb qurtardığına inanmıram. Bunu məqsədli şəkildə yayılmış şayiə hesab edirəm. Nəyə əsasən? Ağlıma, təcrübəmə və məntiqimə.
Çox güman ki, hansısa dairələr bu şayidən istifadə etməklə yaxşı pul tutmağa çalışırlar. Əvvəlcə yoxa çıxardır, şayiə buraxır, ondan sonra qiyməti 2-3 qat bahalaşdırırlar. Vəssalam.
Evdəki boş yod şüşələrinə baxdım, hamısı Rusiya istehsalıdır. Məgər bu boyda müstəqil ölkədə primitiv bir preparat istehsal olunmur? Olunmursa, niyə?
Bəs millətin təhlükəsizliyinə, sağlamlığına cavabdeh olanlar hara baxırlar? Səhərdən axşamacan Rusiyanı söyənlər və söydürənlər millətin yod ehtiyacını niyə bu ölkənin ixtiyarına buraxırlar?...".

Yeganə

Bənzər yazılar