Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

🗓 06.05.2024 21:35 ✍️ "Elçi" qəzeti
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” hesabında bildirib. “Çexiya qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlara görə Rusiya səfirini çağırmaq qərarına gəldim. Biz Rusiya Federasiyasını BMT standartlarına və öz öhdəliklərinə zidd olan davranışlardan çəkinməyə çağırdıq”, - paylaşımda qeyd olunub.
Havar Şəfiyeva

Bənzər yazılar