Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırdı

Ermənistan hökuməti ölkəyə tədarük edilən qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyi ilə razılığa gəlib.
Azvision.az-ın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, satılan qazın qiyməti 189 dollardan 165 dollara qədər aşağı salınıb.
“Bu, yerli əhaliyə satılan qaz tariflərini artırmamağa imkan verəcək. Lakin Ermənistanda elektrik enerjisinin qiymətinin artımı ilə bağlı məsələ aktual olaraq qalır. Qiymət artımını labüd edən səbəb isə Ermənistan dramının dollara nisbətən dəyərdən düşməsidir”, - deyə qəzet vurğulayıb.