Rus siyasətçidən Rasmussenə mesaj

🗓 02.09.2014 18:15 ✍️ "Elçi" qəzeti

Mironov NATO baş katibini başından buzlu su tökməyə dəvət edibimg1628522

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov “Bir vedrə buzlu su” kampaniyasına qoşulub.
ANS PRESS-in məlumatına görə, Mironov ALS xəstələrinə dəstək kampaniyasına qoşularaq başından bir vedrə buzlu su töküb və NATO-nun baş katibi Anders Foq Rasmusseni meydana çağırıb.
“Estafeti Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurova verirəm və NATO baş katibi Rasmusseni, Avstraliyanın baş naziri Toni Ebbotu meydana çağırıram”, - deyə Mironov bildirib.
Bundan başqa siyasətçi ALS xəstələrinə dəstək üçün Rusiyanın“Həyat bəxş et” fondunun bank hesabına 50 min rubl (1050 manat) köçürüb.

Bənzər yazılar