Ərzaq probleminin həlli limanların yaxınlığındakı akvatoriyanın Ukrayna tərəfindən təmizlənməsini tələb edir. Rusiya gəmilərin çıxması üçün humanitar dəhliz verməyə hazırdır.
Elchi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Ərzaq probleminin həlli kompleks yanaşma tələb edir, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasını, Ukraynadan gəmilərin yanaşdığı bütün limanları təmizləməyi tələb edir. Rusiya hər gün etdiyi lazımi humanitar keçidi təmin etməyə hazırdır”, – Rusiya XİN başçısının müavini vurğulayıb.