“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır

🗓 20.09.2022 15:45 ✍️ "Elçi" qəzeti
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır

Milli Məclisin (MM) payız sessiyası müddətində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

Elchi.az-ın məlumatına görə, bu məsələ parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planında yer alıb.

Komitənin bugünkü iclasında müzakirəyə çıxarılan iş planında həmçinin koronavirusla (COVID-19) bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair, eləcə də icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair və tibbi tullantıların idarə edilməsi ilə bağlı dinləmələrin təşkili yer alıb.

İş planı müzakirələrdən sonra komitə üzvləri tərəfindən qəbul edilib.

Bənzər yazılar