Rəsmi Bakıdan "Krokus" teraktı ilə bağlı məlumat

🗓 23.03.2024 12:13 ✍️ "Elçi" qəzeti
Rəsmi Bakıdan "Krokus" teraktı ilə bağlı məlumat

Moskva vilayətində “Krokus Siti Holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır. Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur. Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Bənzər yazılar