Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlardan sonra görüş keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan bəyanatında deyilir.
“Vladimir Putin Alyaskada Rusiya-Amerika danışıqlarının yekunlarına dair görüş keçirib. Dövlət başçısı Ankoricdə keçirilən sammitin nəticələri barədə prezident administrasiyasının, hökumətin, Dövlət Dumasının , nazirlik və idarələrin rəhbərliyini məlumatlandırıb “, – nəşr qeyd edir.
Nuranə Məmmədova


















