ABŞ prezidenti Donald Tramp Qərb liderlərinə deyib ki, bütün Donbasın Rusiya kimi tanınması sülh sazişinin tezliklə bağlanmasına kömək edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
İki Avropa mənbəsinin məlumatına görə, Tramp Ukrayna prezidentinin Donbassın Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmayan hissəsini Rusiyaya verməyə razılaşacağı təqdirdə tez sülh razılaşmasının mümkün olacağına inanır.
Bundan əvvəl məlum olub ki, Amerika lideri bu barədə ukraynalı həmkarı Volodimir Zelenskiyə danışıb.
Avropa rəsmiləri onunla telefon danışığında Trampın səylərini alqışlayıb və ABŞ, Ukrayna və Rusiya prezidentləri arasında üçtərəfli görüş çağırışlarını təkrarlayıblar. Lakin bəzi Avropa rəsmiləri ABŞ prezidentinin indi Ukrayna liderini sülh üçün ərazi güzəştlərinə getməsi üçün təzyiq edə biləcəyindən narahatdırlar.
Nuranə Məmmədova


















