Prezident Ərdoğan Milli Döyüş Təyyarəsinin adını “KAAN” olaraq açıqlayıb

95

KAAN-ın adını Dövlət Baxçalının qoyduğunu deyən Ərdoğan, “KAAN və Hürjet suyun o tərəfindəkiləri narahat etməyə kifayətdir” dedi. Ərdoğan ANKA-3 döyüş pilotsuz təyyarəsinin yaxın günlərdə ilk uçuşunu həyata keçirəcəyini bildirib.

Elchi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Prezident Ərdoğan Ankarada “İstikbalin Yüzyılı” tanıtım proqramında çıxış edib.
Prezident Ərdoğan Milli Döyüş Təyyarəsinin adının “KAAN” olduğunu açıqlayıb.
“Biz indi quruda, dənizdə və dəniz altında, havada və kosmosda hər sahədəyik. Bu gün Qazi Mustafa Kamalın “‘İstikbal göklerdedir” deyərək, gələcəyin simvolu olan nəticələrə çatdıq.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından başlıqlar belədir:
Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə uğurlar. Bu proqramla 15 iyul şəhidlərimizi rəhmətlə yad edirəm.
Son aylarda müdafiə sənayesində böyük qürur hissi yaşadıq. Altay Tankı, TCG Anadolu gəmisi, Gökbey, pilotsuz uçuş vasitəsindən torpedo atışı var. İndi biz hər sahədə, havada, kosmosda, quruda varıq. Bu gün layihələrimizin yeni mərhələsi ilə millətimizin qarşısındayıq. Sabah yenilərini görəcəyik. Millətimizin əsrlər boyu arxasınca düşdüyü arzularımızı bir-bir həyata keçiririk.

 

Nuranə Məmmədova