Pakistan, Əfqanıstandan buraxılan pilotsuz uçuş aparatlarının (PUA) ölkəyə daxil olmaq cəhdinin qarşısını aldıqdan sonra Əfqanıstandakı 10 nöqtəyə hava zərbələri endirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Pakistan, Əfqanıstandan buraxılan pilotsuz uçuş aparatlarının (PUA) ölkəyə daxil olmaq cəhdinin qarşısını aldıqdan sonra Əfqanıstandakı 10 nöqtəyə hava zərbələri endirdiyini açıqlayıb.
Pakistanın informasiya naziri Əttaulah Tarar sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, sentyabrın 23-də Əfqanıstan ərazisindən buraxılan bəzi PUA-ların Pakistana daxil olmaq cəhdi olub və bu cəhdin qarşısı uğurla alınıb. Tarar qeyd edib: “Özünümüdafiə hüququndan istifadə edən Pakistan, həmin PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan Əfqanıstandakı 10 hədəfə qarşı dəqiq hava və PUA zərbələri endirib. Biz Əfqanıstandan Pakistan ərazisinə qarşı heç bir hücuma dözməyəcəyik. Pakistanın suverenliyinin hər hansı şəkildə pozulmasına dərhal və qətiyyətli cavab veriləcək”.
Pakistanın gərginliyi artırmaq niyyətində olmadığını vurğulayan Tarar, Əfqanıstan rəhbərliyini bu cür hücumları dərhal dayandırmağa çağırıb. O, əlavə edib: “Pakistan regional sülhə, dialoqa və konstruktiv əməkdaşlığa sadiq qalır. Bu sadiqlik zəiflik və ya düşmənçilik hərəkətlərinə qarşı sərhədsiz dözümlülük kimi yanlış şərh edilməməlidir”.
Şayəstə





















