“Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə edilən 8 milyard avro məbləğində vəsaiti Ukraynaya köçürməsi oğurluq deməkdir”.
Elchi.az xəbər verir ki, bu bəyanatı Kremlin sözçüsü Dmitri Peskov səsləndirib.
“Biz bu hərəkətləri dəfələrlə qiymətləndirmişik; onları qanunsuz hesab edirik — hətta bunu oğurluq kimi görürük — və məsələyə də buna uyğun yanaşırıq. Bu məsələdə mövqeyimiz dəyişməz olaraq qalır”, — deyə Kremlin nümayəndəsi vurğulayıb.
Peskov bu fikirləri Avropa İttifaqının 2024-cü ildən etibarən dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin bir hissəsini Ukraynaya köçürməyə başlaması barədə məlumatlara cavab olaraq bildirib.
Daha əvvəl, qalib gələn solçu müxalifət blokunun lideri və İsveçin Baş naziri vəzifəsinə namizəd Magdalena Andersson Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə çağırmışdı.
2025-ci ilin dekabrında televiziya vasitəsilə yayımlanan sual-cavab sessiyası zamanı Rusiya Prezidenti Vladimir Putin Aİ rəsmilərinin dondurulmuş Rusiya aktivlərini ələ keçirmək cəhdlərini soyğunçuluq adlandırmışdı.
Putin vurğulamışdı ki, blok elə soyğunçuların özləri üçün yaradacağı ağır nəticələrə görə belə bir addımı atmağa cəsarət etməz.
Yeganə





















