Bəzi NATO ölkələri artıq öz ordusunu Ukraynaya göndərib.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki , bu etirafı Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlayıb.
Sikorski Varşavada Polşanın NATO- ya daxil olmasının 25-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib .
Polşalı siyasətçi NATO əsgərlərinin artıq Ukraynada olduğunu bildirib. Bununla belə, o, “bəzi siyasətçilərdən fərqli olaraq” hansı ölkələrin hərbi qüvvələrini ora göndərdiyini açıqlamaq niyyətində deyil.
Sikorski həmçinin hesab edir ki, NATO-nun Ukraynada olması “ağılasığmaz bir şey” deyil və Makronun Qərb qoşunlarını ora göndərmək ideyası “xoş niyyətlidir.
Nuranə Məmmədova