"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı ÇAĞIRIŞ

14 Oktyabr 2026 - 15:16
in CƏMİYYƏT
FacebookVatsap

“Məktəblərdə vahid geyim forması ilə bağlı məsələyə yanaşarkən, ilk növbədə, məktəbin təhsil mühiti olduğunu nəzərə almaq lazımdır. Məktəbin əsas vəzifəsi uşaqların bilik almasını, sağlam inkişafını və təhlükəsiz şəraitdə birgə təhsilini təmin etməkdir. Buna görə də məktəbin fəaliyyəti şəxsi yanaşmalar əsasında deyil, qanunvericilik və müəyyən edilmiş ümumi qaydalar çərçivəsində təşkil olunmalıdır”.

Bunu da oxuyun

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

Elchi.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, məktəbin dünyəvi təhsil mühitinin qorunması və qanuni tələblərə əməl edilməsi vacibdir.

Psixoloq bildirib ki, Azərbaycanda təhsilin dünyəvi xarakteri qanunvericilikdə təsbit olunub. “Təhsil haqqında” Qanunda dünyəviliklə yanaşı, bərabərlik, humanistlik, insan hüquqlarına hörmət və tolerantlıq da əsas prinsiplər kimi göstərilir. Bu prinsiplər birlikdə nəzərə alınmalıdır. Məktəbdə ümumi qaydalar qorunmalı, həmin qaydalar tətbiq edilərkən hər bir uşağın ləyaqətinə və təhsil hüququna hörmət göstərilməlidir.

Elnur Rüstəmov qeyd edib ki, geyimlə bağlı tələblərin də konkret hüquqi əsası var. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarının təsvirləri təsdiq edilib. Müəllimlər üçün isə 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarla ayrıca geyim tələbləri müəyyən olunub. “Ümumi təhsil haqqında” Qanunun 12.13-1-ci maddəsi dövlət məktəblərində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsini nəzərdə tutur. Valideynlərin də övladlarının geyim forması tələblərinə əməl etməsini təmin etmək vəzifəsi qanunda göstərilib.

Onun sözlərinə görə, burada əsas yanaşma dini mənsubiyyətdən asılı olmayaraq, müvafiq qaydaların hamıya ardıcıl tətbiq edilməsidir. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər inanclara mənsub insanlar, həmçinin heç bir dini etiqadı olmayan vətəndaşlar yaşayırlar. Məktəbdə insanlara münasibətin meyarı onların dini mənsubiyyəti olmamalıdır. Şagirdlər özlərinə aid məktəbli forması tələblərinə, müəllimlər isə özlərinə aid peşə və geyim tələblərinə əməl etməlidirlər. Ortaq təhsil mühiti qarşılıqlı hörmət və hamı üçün aydın qaydalar əsasında qorunmalıdır.

Psixoloq vurğulayıb ki, məktəbdə geyim tələbinə əməl etmək insanın öz inancından imtina etməsi kimi izah olunmamalıdır. Məktəbin qaydaları konkret təhsil və fəaliyyət mühitini tənzimləyir. Onları şəxsin bütün həyatına, ailədəki inancına və qanun çərçivəsində şəxsi dini praktikasına şamil etmək düzgün yanaşma deyil. Müəllimlərə aid tələblər məktəbdə əmək fəaliyyəti ilə yanaşı, məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirləri də əhatə edir.

Elnur Rüstəmovun sözlərinə görə, psixoloji baxımdan aydın, əvvəlcədən izah olunan və ardıcıl tətbiq edilən qaydalar uşağın məktəbdə ondan nə gözlənildiyini anlamasına kömək edə bilər. Uşağa izah edilməlidir ki, məktəbdə müəyyən tələblərə əməl etmək birgə təhsilin və qarşılıqlı məsuliyyətin bir hissəsidir. Bu izah sakit və hörmətli şəkildə verildikdə uşağın qaydanı özünə və ailəsinə qarşı münasibət kimi qəbul etməsi ehtimalı azala bilər:

“Böyüklər məsələni qarşıdurma dili ilə təqdim etdikdə gərginlik arta bilər. Uşaq ailədə bir mövqe, məktəbdə isə başqa mövqe eşidirsə və ondan tərəf seçməsi tələb olunursa, özünü çətin vəziyyətdə hiss edə bilər. O, valideynini incitməkdən, müəllimi ilə münasibətinin pozulmasından və ya sinif yoldaşlarının reaksiyasından narahat ola bilər. Böyüklərin həll etməli olduğu mübahisənin yükünü uşağın üzərinə qoymaq olmaz”.

Psixoloq qeyd edib ki, dini və ideoloji müzakirələrin uşaqlara təsiri də onların hansı məzmunda və necə aparılmasından asılıdır. Uşağa fərqli düşünən insanlara hörmət etməyi öyrətməklə “bizim kimi düşünməyənlər düşməndir” mesajını vermək tamamilə fərqli nəticələrə səbəb ola bilər.

Onun fikrincə, təzyiq, qorxutma və alçaltma ilə müşayiət olunan mühit uşağın emosional vəziyyətinə və münasibətlərinə mənfi təsir göstərə bilər. UNICEF də uşaqlara qarşı emosional zorakılığın formaları arasında təhdid, təhqir, alçaltma və qorxutmanı göstərir. Belə təsirlər bəzi uşaqlarda aqressiv reaksiyalarla, digərlərində isə qorxu, özünəqapanma və məktəbdən uzaqlaşma ilə müşayiət oluna bilər:

“Dini inancı və ya geyimi aqressivliyin göstəricisi kimi təqdim etmək əsaslı yanaşma deyil. Konkret uşağın davranışını anlamaq üçün onun ailə münasibətləri, məktəb təcrübəsi, yaşadığı təzyiq və aldığı dəstək birlikdə qiymətləndirilməlidir”.

Psixoloq müəllimlərin bu məsələdə xüsusi məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müəllim həm qanuni qaydalara əməl etməklə, həm də fikir ayrılıqlarını sakit və hörmətli şəkildə həll etməklə şagirdlərə nümunə göstərməlidir. Valideynlər də narazılıqlarını məktəb rəhbərliyi və aidiyyəti qurumlarla qanuni müraciət və dialoq yolu ilə müzakirə etməlidirlər:

“Uşağı etirazın önünə çıxarmaq, ondan böyüklərin mövqeyini müdafiə etməsini gözləmək onun psixoloji yükünü artıra bilər. Qaydaların tətbiqi zamanı izah, valideynlə əməkdaşlıq və məktəb psixoloqunun dəstəyi mühüm əhəmiyyət daşıyır. Uşaq sinif qarşısında alçaldılmamalı, inancına görə damğalanmamalı və ictimai mübahisənin hədəfinə çevrilməməlidir. Əsas məqsəd qanuni tələblərə əməl olunmasını təmin etməklə yanaşı, uşağın təhsilini və məktəbə bağlılığını qorumaq olmalıdır”.

Previous Post

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir

Next Post

Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

Bənzər yazılar

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, noyabrın 2-də uzun illər prokurorluq orqanlarında qulluq...

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38

Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə...

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26

“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə...

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44

Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Elchi.az xəbər verir ki, bu barədə nazir Anar...

Next Post
Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

Ölkəmizə isti hava kütlələri daxil oldu, temperatur yüksəlir

Kənd yumurtası alanlara pis xəbər

Kənd yumurtası alanlara pis xəbər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.