İtaliyanın “Milan” klubu Belçikanın “Union Sent-Jilluaz” komandasında çıxış edən seneqallı müdafiəçi Massire Silla ilə maraqlanır.
Elchi.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Matteo Moretto məlumat yayıb.
Bildiriliir ki, “Milan” 21 yaşlı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir. “Transfermarkt” onun bazar dəyərini 5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Silla ötən ilin yanvarında Norveçin “Linn” klubundan 1,5 milyon avroya “Union Sent-Jilluaz”a transfer olunub. Onun Belçika təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayınadəkdir. Futbolçu bu mövsüm ölkə çempionatında 9 oyunda 1 qol vurub.




















