Avropa Komissiyası pilotsuz təyyarələrin, radar sistemlərinin, döyüş sursatlarının və digər hərbi texnikanın alınması üçün Aİ kreditinin 90 milyard avroluq müdafiə komponenti çərçivəsində Ukraynaya 2,86 milyard avro köçürüb.
Elchi.az xəbər verir ki, bu barədə Avropanın iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis X sosial media platformasında məlumat verib.
Onun sözlərinə görə, vəsait Ukraynanın ən təcili hərbi ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
“Bu gün Avropa Komissiyası Ukraynaya borcumuzun 90 milyard avroluq müdafiə komponentinin bir hissəsi kimi 2,86 milyard avro köçürür”,-deyə Dombrovskis öz səhifəsində yazıb.
Kiyev üçün Avropa krediti 2026-2027-ci illər üçün nəzərdə tutulub: 60 milyard avro müdafiə təchizatı, 30 milyard avro isə Ukraynaya büdcə dəstəyi üçün nəzərdə tutulub.
Oktyabrın 7-də Avropa Komissiyası bu kreditin bir hissəsi kimi Ukraynaya 1,24 milyard avro ayırıb.
Yeganə





















