"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“POLITICO”: “Ağdam yolunun açılması separatçı Qarabağın müstəqilliyinə son qoyacaq”

29 İyul 2023 - 10:40
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Avropa Parlamenti Ermənistanın, Avropa İttifaqı isə Azərbaycanın yanındadır.

Bunu da oxuyun

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Avropa İttifaqına (Aİ) yaxın olan Politico.eu saytı “Nagorno-Karabakh crisis puts the spotlight on EU ties with Azerbaijan” (Dağlıq Qarabağ böhranı diqqəti Avropa İttifaqının Azərbaycanla əlaqələrinə yönəldir) adlı məqalə ilə çıxış edib.

Məqalədə qeyd olunur ki, Brüsselin Bakı ilə qaz müqaviləsi var, lakin Dağlıq Qarabağda ərzaq və yanacaq çatışmazlığı ilə bağlı xəbərlər Avropa İttifaqına problemin həlli üçün tədbirlərin həyata keçirilməsinə çağırışları artırır.

Məqalədə deyilir ki, “POLITICO”-nun Ağdam yolu ilə bağlı sualını cavablandıran Arayik Arutyunyan təkid edib ki, onun hökuməti bu təklifi qəbul etmək iqtidarında deyil, çünki “Bu böhranı Azərbaycan yaradıb və onun həlli yolu ola bilməz”.

Məqalənin bu hissəsi ən böyük problemin ən qısa izahı kimi dəyərlidir. Deyilir ki, yerli (Qarabağdakı) məmurlar ehtiyat edir ki, tədarük üçün Bakıdan asılı vəziyyətə düşmək onların müstəqilliyinə faktiki olaraq son qoyacaq və onları gələcəkdə bu kimi qapanmalara qarşı həssas edəcək.

Problemin mahiyyəti məhz elə bundadır. Qarabağ separatçıları o fikirdədir ki, Ağdam yolunun açılması onları Bakıdan asılı vəziyyətə salacaq, onların müstəqilliyinə faktiki olaraq son qoyacaq. Ona görə də bu məsələdə Ermənistan və Rusiya Qarabağ ermənilərinə xüsusi inadkarlıqla dəstək verirlər. Çünki Qarabağ ermənilərinin müstəqilliyinə son qoyulması onların maraqlarına ziddir.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin son bəyanatı (Aİ Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə alır. Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır) fikri Qarabağdakı erməni separatizminə yenidən qol-qanad verdi. Təbii ki, belə bir bəyanatdan sonra ermənilər geri çəkilməyəcəklər.

Dünənki yazımda qeyd etmişdim ki, Cozep Borelin bəyanatı anti-azərbaycan xarakteri daşıyır. Ancaq Avropada Azərbaycanın dostları da var. Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldəki sonucu Əliyev-Paşinyan görüşünü şərh edərkən Ağdam yolundan danışdı. Ancaq laçın dəhlizinin adını belə çəkmədi. Bu da Ermənistanda ciddi narazılıqla qarşılandı.

Aİ-da Azərbaycanın dostu yalnız Şarl Mişeldirmi? Yox. Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen də bu sırada yer alır. Məhz o, Azərbaycanı Aİ-nın “əsas enerji tərəfdaşı” adlandırıb. Bu möhtərəm xanım elə ötən il Bakıda olub. Azərbaycandan Aİ-na göndəriləcək qazın həcminin iki dəfə artırılması ilə bağlı sənəd imzalayıb.

Avropa Parlamentinin müdafiə komitəsinin sədri Nathalie Loiseau deyib ki, Aİ narahatlığını dilə gətirməklə kifayətlənməməli və “nifrət xarakterli nitq və qanunsuz qərarlara görə məsuliyyət daşıyan” Azərbaycan rəsmilərinə “məqsədli sanksiyalar” tətbiq etməlidir. Aİ vasitəçi statusunu müdafiə etməlidir. Elan etdiyi dəyərlərin müdafiəsinə qalxmalıdır.

Onun sözlərinə görə, həm də Aİ-nın Bakı ilə enerji əlaqələri onun təsir rıçaqlarını zəiflətməməlidir, çünki “ticarət münasibətlərində hər iki tərəfdaş asılıdır”.

İlham Əliyev erməni separatçılarını “it kimi qovmaqla” hədələyib və Bakı bundan əvvəl bölgəyə dezinfeksiyaedici maddə çiləyən bir işçinin təsviri olan xatirə poçt markası buraxıb…

Bununla belə, Parlamentin enerji komitəsində oturan fransalı deputat Fransua-Xavier Bellaminin sözlərinə görə, hazırda Brüsseldə Azərbaycana qarşı daha əsaslı bir şey etmək üçün sadəcə siyasi iradə yoxdur.

“Bu, Parlamentin Komissiyaya qarşı davasına çevrilir. Biz suallar verdik, müzakirələr apardıq və indi parlament Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarlı mövqeyi dəstəkləməyə səs verdi”, – deyə o bildirib. “Ancaq Komissiya bizə qulaq asmasa, başqa nə edə bilərik?”

Sözügedən məqalənin bu hissəsinə xüsusi diqqət etmək lazımdır. Dünənki yazımda mən də Aİ-də fərqli tərəflərin Ermənistan-Azərbaycan münaqişəsinə fərqli prizmalardan baxdığını vurğulamışdım: “Avropa Parlamentinin daha güclü normativ mövqe nümayiş etdirməsi ilə Aİ-nin müxtəlif hissələri arasında mesajlaşmada bəzi fərqliliklər görürük”, o deyir. “Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə daha çox məşğul olan hissələri mənfi təsirlərdən daha çox müsbət stimullara arxalanmağa meyllidirlər”. Bu isə o deməkdir ki, Avropa Parlamenti və Avropa İttifaqı eyni məsələyə fərqli yanaşır. Şübhəsiz ki, Ermənistan və Azərbaycan rəhbərliyi də bu fərqi yaxşı bilir. Hər iki tərəf bu fərqdən öz xeyrinə yararlanmağa çalışır. Bu da təbiidir.

Məqalənin sonu rəsmi Bakıya da, rəsmi İrəvana da çox şey deyir. Belə ki, “POLITICO”-nun jurnalistinə Şarl Mişelin mətbuat katibin Aİ-nin artan humanitar fəlakətə (Qarabağda) reaksiyasını sürətləndirməli olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib. Bildirib ki, iki həftə əvvəl dərc edilmiş press-relizdə yay tətilindən sonra planlaşdırılan intensiv danışıqların təfərrüatından bəhs olunur. “Bu, sizin sualınıza cavab sayıla bilər”, mətbuat katibi deyib.
Bir məqama da toxunmaqda fayda var. Aİ-nin və ABŞ-ın Qarabağ məsələsinə baxışı ilə Rusiyanın baxışı ciddi şəkildə fərqlənir. Aİ və ABŞ yaxşı başa düşür ki, Laçın yolunun açılması erməni separatizminin, ən əsası isə Rusiyanın əl-qolunu açacaq. Bu isə o deməkdir ki, erməni separatçıları 2025-ci ildə Rusiya qoşunlarının Qarabağda qalması üçün daha həyasız aksiyaya başlaya bilərlər. Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də əminliklə demək olar ki, Qərb Laçın yolunun dəhliz statusunda açılması ilə bağlı səs-küy salsa da, ondan uzağa getməyəcək. Söhbət açdığımız məqalədə də bu meyl aydın şəkildə görünür…

Elbəyi Həsənli, Sürix

https://www.politico.eu/article/crisis-in-karabakh-baku-eu-armenia-azerbaijan/

Previous Post

“POLITICO”: “Ağdam yolunun açılması separatçı Qarabağın müstəqilliyinə son qoyacaq”

Next Post

Rusiya-Çin əməkdaşlığı buna yönəlib – Kefey

Bənzər yazılar

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Next Post
Rusiya-Çin əməkdaşlığı buna yönəlib – Kefey

Rusiya-Çin əməkdaşlığı buna yönəlib - Kefey

Rusiya-Çin əməkdaşlığı buna yönəlib – Kefey

Rusiya-Çin əməkdaşlığı buna yönəlib - Kefey

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.