APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir.
Şəxsiyyəti hələlik məlum olmayan sürücü idarə etdiyi “VAZ 2107” markalı minik maşınını aşırıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.