"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Azərbaycan müdafiə nazirini aldadıblar – Fotofakt

20 İyul 2014 - 00:52
in Kateqoriyasız
FacebookVatsap

Bunu da oxuyun

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Yaponiyada 6,0 bal gücündə zəlzələ

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

Zakir Həsənovun açılışını etdiyi yaşayış binaları boşdurimg1606952 (1)

İyun ayının 23-ündə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbçilər üçün tikilmiş iki doqquzmərtəbəli binanın açılışında iştirak edib və bir qrup hərbçiyə verilən mənzillərin açarını təqdim edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin həmin vaxt verdiyi məlumata görə 1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli binalarda nazirliyin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunublar. Həmçinin o da deyilirdi ki, yaşayış binalarına su, elektrik xətti çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəx və digər avadanlıqlarla, mebellerlə təmin olunub.
Bu günlərdə mənzil alan hərbçilərdən biri redaksiyamızla əlaqə yaradaraq mənzillərin verilməsinin və şəraitin heç də xəbərlərdə göstərildiyi kimi olmadığını deyib. Adının anonim qalmasını xahiş edən zabitin sözlərinə görə,   nazirin təqdim etdiyi və gəzdiyi mənzil sırf göstəriş üçün hazırlanıb, digər mənzillərdə həmin şərait olmayıb, mənzillərin heç birinə mətbəx avadanlıqları və mebellər qoyulmayıb.
“Binalar ictimaiyyətə təqdim olunduğu kimi yaşayış üçün hazır deyil, hətta evlərin çoxunda işıq, su, elektrik enerjisi yoxdur. Açılış olanda hardansa elektrik çəkdilər, sonra elektrik yoxa çıxdı. Hərbçilər orada yaşamaq üçün məcbur olub yarımçıq qalmış təmiri özləri başa çatdırırlar. Evlərə mebel qoymaq istəmirlər. Ən əsası bilinmir ki, mənzillər nə zaman yaşayış üçün hazır olacaq.”
Zabit onu da dedi ki, mənzil bölgüsü də düzgün aparılmayıb, illərdir orduda xidmət edən, zəhməti olan amma kirayələrdə yaşayan hərbçilərin xeylisi kənarda qalıb, bir neçə il müddətdən artıq hərbi xidmət etmiş şəxslərə evlər verilib.
“Elə zabitlər var ki, ailəlidir, kirayələrdə yaşayır, amma ona ev verilməyib. Biz belə olacağını düşünmürdük, orduda canını qoymuş adamlara qarşı bu rəftar ədalətsizlikdir.”
Hərbçinin müraciətindən sonra Səbail rayonunda yerləşən həmin binalara biz də baxmaq qərarına gəldik. Binaların içinə girə bilməsək də, nəinki yaxından, hətta xeyli uzaqdan onların hazır olmadığını və çox az sayda insanın yaşadığını anlamaq olardı. Keçən ay istifadə verilən həmin iki doqquzmərtəbənin isə müxtəlif  bloklarında yalnız birinci və ikinci mərtəbələrdəki bir neçə evin pəncərələrinə pərdə vurulmuşdu, qalanları tamamilə boş idi. Binaların həyətində isə kimsə gözə dəymirdi.
Yaxınlıqda yaşayan sakinlərdən birinin dediyinə görə bu binaları açılış başlayandan bu yana elə boş görüblər. Şahin adlı bir gənc deyir ki, hərdən darvazadan hərbi geyimli şəxslərin oturduğu maşınlar çıxır: “Bilirik ki, burada hərbçilər yaşayır, amma deyəsən onları ya köçürtməyiblər, ya da köçürdəcəklər. Ola bilsin evləri tam tikib qurtarmayıblar”-deyə o boş evləri göstərdi.
Belə görünür ki, “açılışı” baş tutmuş bu binalara hərbçilərin köçməsinə hələ xeyli var. Hər halda bir ay keçməsinə baxmayaraq hər iki binada barmaqla sayılacaq qədər az mənzildə yaşayışın olması belə düşünməyə əsas verir.
Araz
Tags: SOSİAL
Previous Post

Azərbaycan müdafiə nazirini aldadıblar – Fotofakt

Next Post

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Bənzər yazılar

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

30 Sentyabr 2026 - 10:44

Merz, Vadeful və Lavrov arasındakı görüşdən sonra Rusiyanı danışıqlara həvəsli olmamaqda ittiham etdi. Elchi.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz,...

Yaponiyada 6,0 bal gücündə zəlzələ

Yaponiyada 6,0 bal gücündə zəlzələ

30 Sentyabr 2026 - 10:36

Yaponiyanın Okinava prefekturasındakı Yonaquni adası yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. Rəsmilər təkanlardan sonra sunami təhlükəsinin olmadığını açıqlayıblar. Elchi.az...

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

30 Sentyabr 2026 - 10:25

İqlim dəyişikliyindən qaynaqlanan həddindən artıq isti və hava çirkliliyi - özü də qlobal istiləşmənin nəticəsi - səbəbindən bu il dünya...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Next Post

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Ukrayna aviasiyası separatçıların iki dayaq məntəqəsini məhv edib

Son xəbərlər

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

Merz, Vadeful və Lavrov arasındakı danışıqları şərh etdi

30 Sentyabr 2026 - 10:44
Yaponiyada 6,0 bal gücündə zəlzələ

Yaponiyada 6,0 bal gücündə zəlzələ

30 Sentyabr 2026 - 10:36
Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

Dünyanın 40%-i təhlükəli ozon çirklənməsinə məruz qalır

30 Sentyabr 2026 - 10:25
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17
Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

Yeni süni intellekt qalmaqalı: Bioloji silahların necə hazırlanacağını izah edib

30 Sentyabr 2026 - 10:08
Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub – FAKTİKİ HAVA

30 Sentyabr 2026 - 10:02
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

30 Sentyabr 2026 - 09:53
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – VİDEO

30 Sentyabr 2026 - 09:49
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident “ADEX 2026”nın iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr 2026 - 09:41
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30 Sentyabr 2026 - 09:34
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatı dayandırılacaq

30 Sentyabr 2026 - 09:25
Qlobal fond bazarlarında eniş davam edib

Qlobal fond bazarlarında eniş davam edib

30 Sentyabr 2026 - 09:12
30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.