Okeanda gərginlik: “İran İsrail gəmisini vurdu”

ABŞ rəsmisi bildirib ki, İsrail gəmisi Hind okeanında İrana məxsus olduğu ehtimal edilən pilotsuz uçan aparat tərəfindən hədəf alınıb.
Elchi.az xəbər verir ki, ABŞ müdafiə rəsmisi israilli milyarderə məxsus konteyner gəmisinin İrana aid olduğu ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığını bildirib.
Adının açıqlanmasını istəməyən rəsmi Associated Press-ə verdiyi açıqlamada israilli milyarderə məxsus Malta bayraqlı gəminin beynəlxalq sularda üzərkən İran istehsalı olan “Şəhid-136” tipli PUA-nın hədəfə alınmasında şübhəli bilindiyini bildirib.
PUA-nın partladığını və gəmiyə zərər verdiyini bildirən rəsmi, gəmi heyətindən heç kimin xəsarət almadığını qeyd edib.
Vəziyyəti yaxından izləməyə davam etdiklərini bildirən ABŞ rəsmisi, hücumun arxasında İranın dayandığını dəyərləndirmələrinin səbəbini açıqlamaqdan çəkinib.
Nuranə Məmmədova