Odessada baş verən partlayışlar nəqliyyat və logistika infrastrukturuna ziyan vurub

Odessa vilayətində baş verən partlayışlar nəticəsində logistik nəqliyyat obyektinə ziyan dəyib.
Elchi.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper Telegram-da danışıb.
O əlavə edib ki, yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib. Sakinlərdən heç birinin xəsarət almadığı dəqiqləşdirilir.
Bazar günü, aprelin 7-də axşam saatlarında bölgədə partlayışlar baş verib. Ərazidə hava hücumu həyəcanı da səslənib.
Qeyd edək ki, bazar ertəsinə keçən gecə Kiyev vilayətində partlayış səsləri eşidilib. Bölgədə pilotsuz uçuş aparatlarının (PUA) hərəkəti qeydə alınıb.
Havar Şəfiyeva