Obama Putinə görüş təklif etdi: "Əgər qəbul etməsəniz ..."

🗓 31.07.2014 00:14 ✍️ "Elçi" qəzeti

ABŞ Ukraynadakı gərginlik səbəbi ilə Rusiyanı 1987-ci il tarixli raket razılaşması barədə müqaviləni img1611045pozmaqda günahlandırıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Obama Putinə məktub göndərib.
ABŞ Prezidenti Barak Obamanın Vladimir Putinə göndərdiyi məktubda Rusiyanın nüvə başlıqlı raketlərin sınağını həyata keçirməklə Orta mənzilli Nüvə Silah sazişini pozduğunu bildirilib.
Obama məktubunda Putini məsələ ilə bağlı görüşə dəvət edib. Əgər dəvətin qəbul edilməyəcəyi təqdirdə, Rusiyaya qarşı tədbir görüləcəyi barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, Obama dünən açıqlamasında Rusiyaya qarşı sanksiyaları genişləndirdiklərini bəyan edib.

Bənzər yazılar