Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) 55-ci ildönümünü qeyd edərkən, nüvə silahları ilə bağlı fikir ayrılıqları davam edir. Ötən il bu sahəyə qoyulan investisiyalar 82 milyard dolları ötüb.
Elchi.az xəbər verir ki, ölkələrin nüvə silahı yarışının qarşısını almaq məqsədi ilə 1 iyul 1968-ci ildə imzaya açılan NPT 1970-ci ildə qüvvəyə minib. Müqavilə 1995-ci ildə qeyri-müəyyən müddətə uzadılıb.
Nüvə silahlarının yayılmaması, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və nüvə silahsızlanmasının qarşısının alınmasını nəzərdə tutan müqavilənin bu il 55-ci ili qeyd olunsa da, dünyada nüvə silahı və nüvə silahlarına investisiyalar ətrafında mübahisələr davam edir.
Hazırda ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə silahına malik ölkələr sırasındadır.
Bu ölkələr arasında nüvə silahlarının sayına görə Rusiya, ABŞ və Çin dominant güc kimi görünür.
Şayəstə Hüseynova