Avropanın əsas nəqliyyat arteriyası olan Dunay çayı yay quraqlığının və yağmursuzluğun ağır fəsadlarını yaşayır.
Elchi.az xəbər verir ki, Serbiyanın RTS telekanalının məlumatına görə, Voyevodinadakı (Serbiya və Macarıstan sərhədində) “Bezdan” hidrolojik məntəqəsində suyun səviyyəsi üzrə yeni tarixi minimum qeydə alınıb — normadan 173 santimetr aşağı.
“Bu, yeni tarixi minimumdur – bu stansiyada Dunay çayı üzrə qeydə alınmış ən aşağı su səviyyəsidir”, — deyə “Vode Vojvodina” dövlət müəssisəsinin direktor əvəzi İqor Kolakoviç vəziyyəti şərh edib.
Kolakoviç vəziyyətin bir ay əvvəlki ilə müqayisədə daha da ağırlaşdığını qeyd edib: avqustda səviyyə iki dəfə 169 santimetrə qədər düşmüşdüsə, hazırkı göstəricilər daha da aşağı olub.
Onun sözlərinə görə, analoji problemlər Tisa çayında da müşahid olunur, burada su axını bioloji minimuma yaxındır. Serbiyanın bir sıra regionlarında böhranı aradan qaldırmaq üçün dibi dərinləşdirən ekskavatorlar, həmçinin su təchizatını təmin etmək üçün əlavə nasoslar cəlb edilib.
Məryəm





















