Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət başçısı postunda heç vaxt oğurluq etmədiyini və etməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
“Bəziləri artıq yazırlar ki, mənim bu və ya digər sahələrdə, məsələn, reklam sahəsində ailəmin maraqları var. Hətta bu haqda düşünməyin belə. Mən heç kimdən heç nə almamışam”, — deyə Belarus lideri özünün və ya ailə üzvlərinin şəxsi kommersiya maraqları haqqında gəzən şayiələrə münasibət bildirərkən deyib. Lukaşenko qeyd edib ki, onun ailəsində hər kəs konkret bir işlə məşğuldur. Məsələn, kiçik oğlu Nikolay hazırda ən çətin bölmələrdən birində leytenant rütbəsində orduda xidmət edir. Lakin parallel olaraq boş vaxtlarında ali məktəbdə öyrəndiyi biotexnologiyaları mənimsəməyə davam edir. “Hər kəs konkret işlə məşğuldur. Heç kim heç nə oğurlamayıb”, — deyə respublika rəhbəri vurğulayıb.
Lukaşenko həmçinin diqqətə çatdırıb ki, bu və ya digər biznes məsələlərində onun ailə üzvləri hər şeydən əvvəl dövlət maraqlarını güdürlər. “Mən deyirəm: “Siz prezident uşaqlarısınız, bundan qaçış yoxdur. Mən prezident olmayanda kommersant kimi daha azad işləyərsiniz. İndi isə yox””, — deyə dövlət başçısı bu məsələdəki mövqeyi barədə danışıb. “Ona görə də buna görə narahat olmayın. Məndən ötrü narahat olmayın. 30 il oğurluq etməmişəm, prezident postunda 31-ci və ya 32-ci ildə də bunu etmək fikrim qətiyyən yoxdur”, — deyə Belarus lideri qeyd edibə.
Məryəm





















