Rusiya XİN rəhbərinin sözlərinə görə, Qərb dövlətləri Avrasiyada vahid prosesləri pozmaq niyyətindədir.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin məqsədini BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) genişlənməsinin qarşısını almaq və dünyada nüfuzunu artırmaq adlandırıb.
“Məqsəd nə Rusiyanın, nə Çinin, nə də başqalarının öz həmfikirlərinin sıralarını gücləndirməsinə, BRİKS-in genişlənməsinə və dünyada nüfuzunun artmasına mane olmaqdır”, – Rusiya XİN rəhbəri deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Avrasiya İqtisadi İttifaqı, Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də Cənub-Şərq Assosiasiyası çərçivəsində Avrasiyada vahid prosesləri pozmaq niyyətindədirlər.
Şayəstə Hüseynova