Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib

🗓 26.05.2025 18:04 ✍️ "Elçi" qəzeti
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İham Əliyevi milli bayram münasibətilə təbrik edib. Elchi.az təbrikin mətnini təqdim edir: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram. Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm".  

Bənzər yazılar