“Neftçi”nin kapitanı Azərbaycan çempionatlarında yubiley qolunu vurub

🗓 08.04.2024 10:59 ✍️ "Elçi" qəzeti
“Neftçi”nin kapitanı Azərbaycan çempionatlarında yubiley qolunu vurub
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan çempionatlarında yubiley qolunu vurub. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Premyer Liqanın XXIX turunda “Sumqayıt”la görüşdə fərqlənərək, ölkə çempionatlarında ümumi qol sayını 40-a çatdırıb. Azərbaycanda yalnız “Neftçi”nin formasını geyinən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunun heyətində vurub. O, 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir. Emin Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.

Bənzər yazılar