"Neftçi" Naxçıvandan böyük hesablı məğlubiyyətlə qayıdır
ANS PRESS-in məlumatına görə, bu gün keçirilən "Araz Naxçıvan" - "Neftçi" oyununda meydan sahibləri qələbəyə sevinib.
Birinci hissədə tərəflər sülhlə ayrılsalarda, ikinci hissənin əvvəlində hesabdakı tarazlıq pozulub. meydan sahibləri qarşılaşmanın son 10 dəqiqəsində daha 2 qola seviniblər.
Bu oyunda "Neftçi" aşkar favorit göstərilirdi. Lakin "Neftçi" Avropa Liqası və avqsutun 13-də keçirəcəyi superkubok oyunu nəzərə alaraq Naxçıvana əsas heyəti göndərməmişdi.
Bu gün daha 2 oyun keçiriləcək.
“Araz Naxçıvan” – “Neftçi” - 3:0
Qollar: David Canalidze, 51, 90, Elmin Çobanov, 83.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu