"Napoli" A seriyasında "Frozinone" ilə heç-heçə edib

🗓 14.04.2024 17:20 ✍️ "Elçi" qəzeti
"Napoli" A seriyasında "Frozinone" ilə heç-heçə edib

“Napoli” futbol üzrə İtaliya çempionatının 32-ci turu çərçivəsində evdə “Frozinone” ilə heç-heçə edib. Elchi.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qollarını Matteo Politano və Viktor Osimhen vurub . Qonaqların heyətində Valid Çeddira dubla imza atıb. "Frozinone"nin hücumçusu Matias Sule 30-cu dəqiqədə penaltidən fərqlənib. İkinci hissəyə əlavə olunan 7-ci dəqiqədə “Napoli”nin müdafiəçisi Mario Rui qırmızı vərəqə alıb. "Napoli" A Seriyasında 49 xalla səkkizinci yerdədir. Heç-heçə sayəsində “Frozinone” 26 xalla 17-ci yerdədir. Növbəti mərhələdə “Napoli” aprelin 20-də səfərdə “Empoli” ilə qarşılaşacaq. “Frozinone” bir gün sonra səfərdə “Torino” ilə qarşılaşacaq. Nuranə Məmmədova  

Bənzər yazılar